WOW
WOW

Brilliant “qızım” dediyi Turanədən və onun xeyir işindən danışdı

Brilliant “qızım” dediyi Turanədən və onun xeyir işindən danışdı

Xalq artisti Brilliant Dadaşova “qızım” deyə müraciət etdiyi Turanədən və bir neçə gün əvvəl onun baş tutan xeyir işindəs söz açıb.

OLAY yazır ki, bu haqda sənət qonaq olduğu “Zaurla Günaydın” verilişində danışıb.

Dadaşova bildirib ki,Turanə bacısı oğlu Cəmilin baldızı qızıdır:

“O qızın anası Qərbi Azərbaycanlı, atası isə Tovuzludur. O qız Cəmilin baldızının qızıdır. Beş yaşında o bizdə olanda bir kəlməsi bəs etdi… Dedi ki, məni evdən mağazaya göndərirlər. Cəmilin həyat yoldaşı Nübara söylədim ki, bu qızı buraxmıram. Onu qoymayacağam mağazaya getməyə. O dedi ki, bəs qızın atası – anası danışacaq. Cavab verdim ki, onlar özləri bilər. Beş yaşında qızı mağazaya göndərirlər – bunu heç zaman qəbul edə bilməzdim. Qızı yanımda saxladım. Bir ildən sonra bizim evimizdən o məktəbə getdi. Riyaziyyat fənli ilə onunla özüm məşğul olurdum. Qız çox ağıllı idi. Uşaqlıqdan mən ona heyran idim. Elə indi də… Söylədim ki, sənin ailə həyatı quracağın o oğlandan xoşum gəlir. Sən ona “Hə” deməlisən. O da cavab verdi ki, sən necə istəyirsən elə də olsun. Onları tək qoymadım. Bacım oğlunun yoldaşı və digər qohumlarımız bir yerə yığışıb 3-4 dəfə oğlanla tanış olmağa getdilər. Qız sonradan razılığını verdi və onlar ailə qurdular”.

Turanə isə toyunda B.Dadaşovaya olan sevgisini və dəstəyini bu sözlərlə ifadə edib:

“Anama yəni Brilliant xanıma təşəkkürümü bildirirəm. O kiçik yaşlarımdan indiyə kimi mənə çox dəstək olub. Nə qədər ona təşəkkür etsəm az olar. Brilliant xanımın qızı olmaq çox gözəl hisslərdir. O mənim doğma anam olmasa da mənəvi anamdır. Bu gün də yanımdadır”.

Qeyd edək ki, Turanə həm də 10 il əvvəl B. Dadaşovanın “Asiyanın ariyası” klipində rol alıb.