WOW
WOW

“Televiziyada nalayiq sözlər eşitmək mümkündür”

“Televiziyada nalayiq sözlər eşitmək mümkündür”

Televiziyaları başa düşürəm. Çünki əsas maliyə gəlirləri reklamlardır. Reklam verən də baxır ki, hansı televeziyanın auditoriyası çoxdur. Ona görə də tamaşaçı üstündə telekanallar arasında rəqabət gedir. Televiziya da cəmiyyətə ondan tələb ediləni təqdim edir.

OLAY yazır ki, bu sözləri Xalq artisti Siyavuş Kərimi APA TV-yə müsahibəsində deyib. Sənətçi televiziyadakı vəziyyətdən danışıb:

“Televiyizanın funksiyalarından biri maarifləndirmək, cəmiyyəti öz arxasınca aparmaqdır. Amma indi əksinədir, televiziyalar cəmiyyətin arxasınca gedir. Bu səbəbdə televiziya cəmiyyətin tələb etdiyi musiqiləri efirdə təqdim edir. Ümumiyyətlə mədəni proqramların cəmiyyətə təsiri məsələləri həll olunmaldır. Bu barədə parlamentdə məsələ qaldırılmalıdır. Əsas məsələ, ictimaiyyətin mədəni səviyyəsinin yüksəldilməsi olmalıdır. Bu gün istər televiziyada, istəsə də sosial şəbəkələrdə kim nə istəyirsə, onu da edir. Televiziyaların özün də belə nalayiq sözlər eşitmək mümkündür. Demokratiya ilə mədəniyyət üst-üstə düşmür. Senzura mütləq olmalıdır. Senzuranı arşdırsanız diktaturanın bir növüdür. Diktatura da pis bir şey deyil. Evdə də hərdən diktaturaya ehiyac olur. Uşaq hər hansı nalayiq söz deyəndə siz onu vurursunuz ki, belə söz işlətmək olmaz. Bu, artıq dikrataturadır. Siz onu maarifləndirisiniz. Demokratiya isə nə istəyirsən etdir”.