“Bəzi insanlar mənim yenidən ailə qurmağım üçün narahatlıq keçirirlər. “Arşın mal alan” filmində deyilir ki, heç rəvadır mı bu cür gözəl bir xanım evdə tək qalsın (gülür)”.
OLAY yazır ki, bu sözləri Əməkdar artist Elz Seyidcahan qonaq olduğu “İncə səhər” verilişində deyib.
Sənətçi ikinci dəfə ailə qurmaq məsələsinə bu cür reaksiya verib:
“Mənim o cür sənətim, evdə o cür ağıllı övladlarım var. Mən bu suala cavab verməyə utanmıram və ya ayıb bilmirəm. Həyat davam edir. Heç vaxt, heç vaxt demirəm”.
Qeyd edək ki, illər əvvəl Elza Seyidcahan Elşən adlı bəylə ailəli olub daha sonra isə cütlük boşanıb. Onların Əkbər və Gülşən adlı iki övladı var.