Dünya şöhrətli Hollivud aktrisası Nikol Kidman mükafatlandırılıb.
OLAY yazır ki, 2024-cü ilin ən çox danışılan filmlərindən biri olan “Körpə” adlı ekran ərəsində rol alan 57 yaşlı sənətçi “Time” dərgisi tərəfindən “İlin qadını” seçilib.
Nəşr Kidmanı “uzaqgörən liderliyin” simvolu adlandıraraq, onu bu şəkildə mükafatlandırıb.
Jurnalistlər aktrisanın qadın hüquqları uğrunda mübarizədə və kino sənayesində onlar üçün şəraitin yaxşılaşdırılmasında xidmətlərini xüsusi qeyd ediblər.
2017-ci ildə Nikol Kidman Hollivudda tarazlığı bərpa etmək üçün hər 18 aydan bir ən azı bir qadın rejissorla əməkdaşlıq edəcəyinə söz vermişdi. O vaxtdan bəri 19 qadın rejissorun çəkdiyi film və seriallarda rol alıb.
Məqalədə həmçinin vurğulanır ki, Kidman bütün karyerası boyunca özünü mükəmməl aktrisa kimi sübut edib, öz rollarına tam sadiq qalmağa hazırdır. O, qınanılmaqdan qorxmur və cəsarətlə ən mürəkkəb və təxribatçı obrazları canlandırır.