“Estradamızda Mehin Hümbətova dövrü başlayır”.
OLAY yazır ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova gənc müğənni Mehin Hümbətova barədə yazıb.
“Mahnılar bir-birindən gözəl, səs, ifa onlardan gözəl. Bir sözlə, bravo”, - deyə, o, jurnalist Pərviz Hüseynin instaqram hesabında şərh yazıb.
Mehin isə “Bu sözləri sizdən eşitmək necə də xoşdur, verdiyiniz dəyərə görə çox sağ olun” sözləri ilə sənətçiyə cavab verib.
Qeyd edək ki, Hümbətova ötən gün “Döngə” adlı yeni mahnısını təqdim edib.