Türkiyəli aktrisalar Bige Önal və Devrim Özkanın başına iş gəlib.
OLAY yazır ki, “Her şey yolunda” filminin çəkilişləri üçün İstanbuldan Bodruma uçan sənətçilər təyyarədə təhlükəli anlarla üzləşiblər.
Belə ki, aktrisaların göyərtəsində olduqları “Boeing 737” təyyarəsini havaya qalxdıqdan sonra ildırım vurub.
Pilotların yüksən peşəkarlığı sayəsində vəziyyəti nəzarətə götürüblər və təyyarəni təhlükəsiz şəkildə Sabiha Gökçen hava limanına endirə biliblər.
Hadisədən sonra sərnişinlərin və eyni zamanda Bige və Devrimin vəziyyətinin yaxşı olduğu bildirilib.