Rusiyanın məşhur azərbaycanlı stilisti Vladislav Lisovets ötən gün haqqında yayılan dördüncü mərhələdə xərçəng olması xəbərinə münasibət bildirib.
OLAY yazır ki, stilist vəziyyətinin ağır olduğunu təkzib etsə də hazırda müalicə olunduğunu təsdiqləyib.
“Həqiqətən problem var, gizlətməyəcəyəm, amma mənə, yazılarıma və son səfərlərimə baxın - hər şey onların yazdıqları və bəzilərinin istədiyi kimi pis deyil”, - deyə ulduz stilsit vurğulayıb.
Vladislav bildirib ki, həyatı boyu çoxlu xəstəliklər və sınaqlar keçirib:
“Uşaq poliklinikasında ən böyük “kartım” var idi və uşaqlıqdan əziyyət çəkdiyim xəstəliklərin siyahısı çox uzundur. Mən ən gözəl həyatımı qürurla və bütün sürprizləri ilə qəbul edərək yaşayıram”.