WOW
WOW

Ülviyyə Gökhan Özenlə görüşdü

Ülviyyə Gökhan Özenlə görüşdü

Aktrisa Ülviyyə Xəlilbəyova türkiyəli müğənni Gökhan Özenlə bir araya gəlib.

OLAY yazır ki, bununla bağlı Ülviyyə instaqram səhifəsində paylaşım edib.

Özenlə görüşdən çəkilən fotosunu izləyiciləri ilə bölüşən Xəlilbəyova “Nə qədər tərif etsəm az qalır. Səs, ifa, səmimiyyət, empati qurmaq, insanlıq, hər şey cəmləşmişdi bir nəfərdə. İnanılmaz doğma hislər yaşadım bu konsertdə. Uşaqlıq illərimə geri döndüm bir anlıq. Həqiqətən də illər bir göz qırpımında keçib sanki. Halbuki dünən kimi hiss edir insan. Sözün əsl mənasında zövq aldım bu konsertdən və ilk dəfə anı yaşadım” şərhini yazıb.