WOW
WOW

“Onlara irad bildirəndə bizi paxıl hesab edirlər”

“Onlara irad bildirəndə bizi paxıl hesab edirlər”

“Başqalarının uğuruna sevinmək lazımdır, çünki sevinməyən insan öz uğurunu da qazana bilməz”.

OLAY yazır ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev instaqramda yazıb. O, fikirlərinə bunları da əlavə edib:

“Lakin bəzən başqalarının yalan üzərində qurulmuş, saxta PR və bədbəxtlik üzərində formalaşmış uğur görüntüsünü görürük. Bu səbəbdən də onlara irad bildirəndə, insanlar bizi paxıl və ya kiməsə qarşı qərəzli hesab edirlər. Biz olduğumuz kimi görünməliyik, çünki tək qaldığımızda və ya televiziya ekranında göstərdiyimiz obrazdan fərqli biri olduğumuzda, daxili narahatlıq hiss edirik. İstər müğənnilər, istər aparıcılar, istər aktrisalar, istərsə də bütün tanınmış insanlar üçün bu həyat bir dəfə verilir. Biz onu başqalarının fikirlərinə görə yox, özümüz üçün gözəl yaşamalıyıq”.