WOW
WOW

Boşanma xəbərləri yalan çıxdı!

Boşanma xəbərləri yalan çıxdı!

Dünyaca məşhur reper və iş adamı Kanye Uestin (Ye – yeni adı) mətbuat katibi Milo Yiannopulos “The Hollywood Reporter” nəşrinə açıqlamasında reperin həyat yoldaşı Bianca Censori ilə Qremmi qalmaqalından sonra boşanma xəbərinə cavab verib.

OLAY yazır ki, Milo nəşrə yayılan xəbərlərin əsassız və yalan olduğunu bildirib. 

“Kanye Byanka ilə Los-Ancelesdədir, onlar “Sevgililər Günü”nü birlikdə qeyd edəcəklər. Şəxsi həyatlarında dəyişiklik olarsa, bunu şəxsən deyəcəklər. Artıq beşinci və ya altıncı dəfədir ki, mətbuatda onların ayrılması xəbəri yayılır”, - deyə Milo Yiannopulos vurğulayıb.