WOW
WOW

“İlk ”Sevgililər Günü”dür ki, mən ona gül aparacağam”

“İlk ”Sevgililər Günü”dür ki, mən ona gül aparacağam”

Mərhum aktyor Azər Baxşəliyevin xanımı Nigar Baxşəliyeva “Xəzər axşamı” verilişinə onunla bağlı açıqlama verib.

OLAY yazır ki, ölümünün 40-cı günündə yad edilən Azərin ömür-gün yoldaşı onun yoxluğundan və xatirələrindən danışıb:

“Mən Universitetdə təhsil alırdım. Mənə eyni anda bir-iki sosial şəbəkədən dostluq göndərdi. Qəbul etdim, gördüm tanınmış simadır. İzləməyə başladım. İlk dəfə Yarat Mərkəzində tanış olduq. Bilirmiş ki, mən orada olacağam. Onun həmin vaxt rayonda çəkilişləri var idi. İlkingilə deyibmiş ki, bütün çəkilişlərini səhərə salsınlar, axşam məni görməyə gələcək. Orada tanış olduq, görüşdük. Biz ailə qurduqdan sonra birinci böyrək köçürmə problemi çıxdı, 5 il övladımız olmadı. Səhhəti ilə bağlı problemlər oldu, elə bildik, hamısının öhdəsindən gəldik. Kaş, bunun da öhdəsindən gələrdik. Həm də dostumu itirmişəm. Həmişə bir-birimizlə fikirlərimizi bölüşərdik. Yaxşı həyat yoldaşı idi. Onunla bağlı ancaq xoş xatirələr var. Tanışlığımızın 10 ili olacaqdı, 7 ildir evliydik. O müddətdə problemimiz olmamışdı. Bəlkə də hansısa problemimiz varıydısa, onu həll etməyə çalışırdıq. Mən hiss edirdim ki, o, özünü pis hiss edir. Dedim, həkimə get, dedi, yox. İşdə necə oldu, hamı dedi, gəldi ki, həkimə getmək istəyirəm. On ildə ilk dəfədir ki, Yeni ili onsuz keçirdik. Çünki Züleyxa da, mən də virus olduq. Biz anamla burada üçümüz qeyd etdik. Qorxduq ki, ona virus keçər. Ağlımıza d agəlməzdi ki, onu virusdan qorumaq istəyəndə, belə bir şey olar.  Haradasa 1 həfət, 10 gün idi ki, görüşmürdük. Züleyxanın ad günü oldu, ondan iki gün sonra qızımız xəstələndi, haradasa dekabrın 26-dan görüşmürdük. Bayramı birgə qeyd etmədik deyə, ürəyimdə xal qaldı. Düşündüm ki, 13 yanvarı  birlikdə keçirdərik. Bu gün ilk gecə idi ki, Azəri yuxuda gördüm. Xatırlamıram necə görmüşəm. Sabah "Sevgililər Günü"dür. İlk dəfədir ki, 14 fevralda mən ona gül aparacağam. Hər il mənə gül verirdi. Əhvalım olmayanda mənə gül alırdı. Mənimlə görüşə gələndə maşının oturacağına gül qoyurdu”.