Fitnes trener və model Sem Asgari keçmiş həyat yoldaşı, dünya pop səhnəsinin ulduzu Britni Spirsdən ayrılmasının niyə uzun müddət gizli saxlamasının səbəbini açıqlayıb.
OLAY yazır ki, “Viall Files” podkastına müsahibə verən Sem bildirib ki, o, boşanmaq üçün gizli müqavilə imza atıb.
“Heç bir razılaşma olmadan Hollivudda addım belə atmaq mümkün deyil. Bu oranın əsas qanunlarının bir hissəsidir“ , - deyə Asgari vurğulayıb.
Qeyd edək ki, Britni Spirs və Sem Asgarinin boşanması avqustun 17-də məlum olub. İddialara görə, buna səbəb Spirsin Kaliforniyadakı evlərində ev işçilərindən biri ilə ərini aldatması olub. Sem Asgari və Britni Spirs 2016-cı ildən görüşür və ötən ilin iyununda evləniblər.