Aparıcı Nanə Ağamalıyeva şəxsi həyatı ilə bağlı açıqlama verib.
OLAY yazır ki, bu barədə “7 Tamam” verilişində danışıb. O deyib ki, hazırda həyatında kimsə yoxdur:
“Şəxsi həyatımla bağlı danışmıram, paylaşım etmirəm. Mənim qısqanclığımdan irəli gəlir ki, mənə aid olan məqamları tək yaşayım. Bilirəm ki, bu sualın cavabı maraqlıdır. Konkret cavab verəcəm və birinci, sonuncu dəfə danışacağam. Elə bir şey yoxdur. Aydın məsələdir ki, uzun illərdir teeleviziyadayıq. Normaldır, insan hər zaman tamaşaçı qarşısında sevgidən, məhəbbətdən danışırsa, bu, aşıb-daşır deməkdir. Həyatda ən çox qiymət verdiyim duyğu məhəbbətdir. Ondan gözəl, dəyərli, ikinci bir duyğu tanımırm. Bizi də yaşadan duyğu odur. Sevgi mənim üçün Yaşar Nuri Gültekinin dediyi kimidir. Sevmə ehtimalıma yaşayıram, sevsəm, belə sevərdim... Bu, həmişə yaddaşımda yaşadığım bir duyğudur. Lakin bunu yaşayacağım, bölüşəcəyim insan həyatımda yoxdur”.