WOW
WOW

İzzət qalmaqal yaşadığı Qorxmazdan danışdı

İzzət qalmaqal yaşadığı Qorxmazdan danışdı

Müğənni İzzət Bağırov ilk dəfə küsülü olduğu Əməkdar artist Qorxmaz Əlilicanzadə ilə münasibətlərindən söz açıb.

OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “Özəl” verilişində danışıb.

Bağırov Əlilicanzadə ilə aralarında yaşanan söz-söhbətə bu fikirlərlə aydınlıq gətirib:

“Qorxmaz Əlilicanzadə ilə aramızda yaşanan hadisə 30 ilə söykənir. Yəni köhnə xəbərdir. Bu məsələ yenidən gündəmə Elgiz Əkbərin aparıcısı olduğu “Elgizlə izlə” verilişində gəldi. Elgiz Qorxmaz bəydən soruşdu ki, İzzət verilişə gəlsə... O da kübarcasına sakit durub, cavab vermədi. Bir söz də demədi. Amma bundan sonra o başqa verilişdə haqqımda başqa sözlər dedi. Mən istər öz, istərsə də başqa verilişlərdə Qorxmaz Əlilicanzadədən rahat danışıram, çünki “7-17” müsabiqəsi bitəndən və yaşım artıq 18 olandan sonra o layihədən ayrıldım və gəldim Qorxmaz bəyin rəhbərlik etdiyi estrada teatrına və orada da illərlə çalışmışam. Həmçinin ora bir neçə həmkarımı da işləməyə çağırmışam. Biz o teatrla Azərbaycanı qarış-qarış gəzib, konsertlər vermişik. O soyadını dəyişib və Əlilicanzadə ona yaraşıb. Biz “Şou Əlili” adı ilə konsertlərə gedirdik. Əslində, televiziyaya şou sözünü Qorxmaz Əlilicanzadə gətirib”.

Qeyd edək ki, Q.Əlilicanzadə illərdir İ.Bağırovla küsülüdür. Əməkdar artist müsahibələrində bildirib ki, İzzət efirə onun vasitəsi ilə çıxıb. Lakin Bağırov sonradan Əlilicanzadənin etdiklərini unudub. Aktyor bildirib ki, müğənni onun övladının toyuna belə gəlməyib.