WOW
WOW

Emindən Alsunun Bakıya gəlməsi ilə bağlı paylaşım

Emindən Alsunun Bakıya gəlməsi ilə bağlı paylaşım

Xalq artisti Emin Ağalarov həmkarı Alsu ilə bağlı diqqət çəkən paylaşım edib.

OLAY yazır ki, Emin Alsu ilə duetlərinin görüntülərini instaqram səhifəsində yayımlayaraq tamaşaçıları sənət yoldaşının fevralın 14-də “Sevgililər günü”ndə Bakıda verəcəyi konsertə səsləyib.

“Möhtəşəm Alsu ilə “Bir-birimiz olmadan yaşaya bilmərik” (duet ifa etdikləri mahnının adı – red.). Fevralın 14-də Alsu mənim doğma şəhərim Bakıda solo konsert verəcək və burada mütləq bir neçə mahnını birlikdə ifa edəcəyik. Bakı Konqres Mərkəzində görüşənədək”, - deyə Emin paylaşımında yazıb.