Əməkdar artist Gülzar Qurbanova paylaşımı ilə diqqət çəkib.
OLAY yazır ki, o, rəqs edən xanımın videosunu paylaşaraq bunları yazıb:
“Bəzən içimdəki ağrını sözlə deməyə gücüm çatmayanda, sözlər susanda, bədənlə ifadə edirəm. Çünki bilirəm bədən yalan danışmır. O, duyğuların ən səmimi ifadəsidir, sənətkar üçün duyğuların kətanıdır. Bəli, teatrın, səhnənin sehri elə bundadır orada bədən və ruh birgə danışır... Yəqin mən də bu qız kimi kənardan belə görünürdüm”.