WOW
WOW

CeyLo realiti şou edəcək!

CeyLo realiti şou edəcək!

Dünya pop səhnəsinin əfsanəvi ulduzu Cennifer Lopez boşandıqdan sonra həyat haqqında realiti şou açmağı planlaşdırır.

OLAY “RadarOnline” nəşrinə istinadən yazır ki, sənətçi bu şounun köməyi ilə son bir ildə boşanma prosesi və ləğv edilmiş musiqi turu səbəbindən ciddi şəkildə zədələnmiş imicini və reputasiyasını bərpa etməyə ümid edir.

“Cennifer geri qayıtmaq şansına sahib olmaq istəyirsə, insanların onu bəyənməsinə ehtiyac duyur. Təəssüf ki, o, heç vaxt indiki qədər populyar olmayıb. Bu, onun hamının düşündüyü qədər iyrənc olmadığını sübut etmək üçün əla bir yol olardı”, - deyə mənbə nəşrə bildirib.

Xatırladaq ki, Cennifer Lopez avqustun sonunda Ben Afflekdən boşanmaq üçün məhkəməyə müraciət edib. 20 il əvvəl nişanlarını kəsən məşhurlar 2021-ci ildə münasibətlərini bərpa edib və 2022-ci ildə evləniblər.