Müğənni Ayan Babakişiyeva efirdə gərgin anlar yaşayıb.
OLAY yazır ki, hadisələr sənətçinin qonaq olduğu “Rəngarəng” verilişində yaşanıb.
Proqramın aparıcısı Zaur Nəbioğlu Ayana əvvəlcə “Rəsmi nikahınız var?” sualını ünvanlayıb.
Babakişiyeva isə “Bağlayaraq o söhbəti. Danışmayaq bu haqda. Eşitdiklərinizin hər bir yalandır. Özəl məsələlərə toxunmayaq. Bu mənim özəlimdir. İstəsəm danışaram, istəsəm danışmaram. Özəl olan özəldir. Önəmli olan ağlım başımdadır, gözlərimin içi gülür. Mən çox xoşbəxtəm” cavabını verib.
Daha sonra aparıcı “Ayan ikinci dəfə ana olacaq” iddiasını efirdə səsləndirib.
Buna cavab olaraq isə müğənni “Xeyr, yalandır. Dəqiq! Milyard faiz. Artıq deyilənlərə inanmağa başlayıram”.
Zaur “Alyona kimdir?” deyərək Ayana sual verib. Nəbioğlu danışdıqlarının doğru olduğunu və Ayanın bu məsələləri ört-basdır etdiyini bildirib.
Babakişiyeva isə aparıcının iddialarına cavab olaraq “Mən heç nəyi ört-basdır etmirəm. Alyonanın kim olduğunu da bilmirəm. Bütün bunlar yalandır. Bağlayaq bu söhbətləri”.
Aparıcı israrla “Ayan övladlığa oğlan uşağı götürüb” deyərək ifaçını təəccübləndirib.
Bundan sonra Babakişiyeva “Belə bir şey yoxdur. Özümü artıq narahat hiss edirəm. Bağlayaraq bu söhbəti. Burada heç nə danışmaq istəmirəm” cavabını verib.
Nəbioğlu “Mən heç zaman tamaşaçıya yalan informasiya verməmişəm. Ayan dediklərimi qəbul etməsə də, bu həqiqətdir. Ayan övladlığa oğlan uşağı götürüb”.
Bundan sonra Ayan efiri bir müddətlik tərk edib.
Reklamlardan sonra efirə geri qayıdan müğənni “Bu haqda danışsam, uzanacaq. Susmaq haqqımdan istifadə edirəm. Bağlayaq bu söhbəti” sözlərini dilə gətirib.
Zaur isə verilişin növbəti dəqiqələrində adını çəkdiyi Alyona adlı qadının Ayanın övladlığa götürdüyü uşağının baxıcısı olduğunu diqqətə çatdırıb.