WOW
WOW

“Deyirlər ki, marketlərdəki düyülər plastikdən hazırlanır” - Elcan

“Deyirlər ki, marketlərdəki düyülər plastikdən hazırlanır” - Elcan

“Dostlar gündəlik mövzularınızdan uzaq da fikir bildirməyinizi xahiş edirəm. Deməli mən uşaq vaxtı düyünü çox sevirdim. Ən çox sevdiyim yemək aş və dovğa idi. Deməli son 4-5 ildə artıq düyünün dadını itirdim və gözümdən düşməyə başladı. Heç düyü iyi də gəlmirdi artıq”. 

OLAY yazır ki, bu sözləri aparıcı və aktyor Elcan Rəsulov sosial şəbəkə hesabında yazıb. 

Elcan marketlərdə satılan düyünün plastikdən hazırlandığını iddia edib:

“Evdən eşikdən uzaq o gün Masallıda bir yas yerinə getmişdim. Yasda əsl düyüdən plov verirdilər. Yedim köhnə illərdəki düyünün dadı qayıtdı. 5-6 nəfərlə artıq bu barədə danışmışam, deyirlər marketlərdəki düyülər plastikdən hazırlanır, ay nə bilim sellofan qarışığı olur. Əgər belədirsə bu ciddi ittihamdır”. 

Rəsulov bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət edib: 

“Bəs AQTA niyə bizim qidamızın təhlükəsizliyini qorumur o zaman. Ola bilər orada çalışanlar da əsl düyünün dadını bilmir filan. Müqayisə üçün bir az gətirib idarədə saxlasınlar, sonra hamısını yoxlasınlar görək bu nə oyunlardır başımıza açırlar. Siz marketdən hansı düyüdən alırsız ki?”