WOW
WOW

“Vəfanın ariya ifasını alqışlamıram” - Zəminədən irad

“Vəfanın ariya ifasını alqışlamıram” - Zəminədən irad

Gənc müğənni Zəminə Rəhimova həmkarı Vəfa Şərifovanın “Dilbərin ariyası” ifasını tənqid edib.

OLAY yazır ki, bu barədə sənətçi “Qonaqcanlı” verilişində danışıb və bunları söyləyib:

“Mən müəyyən janrlarda ifa edirəm, hər birini səliqə-sahmanla icazəsi ilə oxuyuram. Biz vokalistlər bunu ifa edəndə bu dəyəri, istəyi, tərifi görmürük. Xanımla heç bir tanışlığım yoxdur, lakin onun ifasını alqışlamıram. Bu dahi Fikrət Əmirovun “Sevil” operasından “Dilbərin ariyası”dır. Bunun notu var. Xanım isə sintezatorla aranjiman etdirib. Digər halda isə müəllimi deyir ki, onun kimi bu ariyanı ifa edən olmamışdı. Mənim kimi vokal təhsili alan neçə gənc var. Bizdən də əvvəl sənətkarlarımıza qarşı böyük hörmətsizlikdir. Necə yəni, Vəfa xanımdan yaxşı ifa edən olmayıb? Bu, hörmətsizlikdir. Düzdür, yaxşı mövzuya toxunub, kaş ki, öz notunda, simfonik orkestrla oxuyardı, onda hamı alqışlayardı”.