ABŞ-nin keçmiş senatoru Con Makkeynin qızı, bloger Meqan Makkeyn Kanye Uestin həyat yoldaşı Biyanka Senzorini “girov və qurban” adlandırıb.
OLAY yazır ki, o bu fikri “67-ci “Qremmi” mükafatlandırma mərasimində” baş verən qalmaqallı hadisədən sonra səsləndirib. Bu barədə “Independent” xəbər yayıb.
2 fevral tarixində Biyanka Senzorinin “Qremmi” mərasimindən qovulduğu iddia edilib. Səbəb isə onun “tamamilə şəffaf bir paltarla, alt paltarsız qırmızı xalçaya çıxması olub”.
“Mən sadəcə Kanye Uestin hamımızı rahat buraxmasını istəyirəm. O, iyrənc, əxlaqsız bir insandır, həyat yoldaşı isə qurban və girov kimi görünür”, - deyə Makkeyn bildirib.
Independent-in məlumatına görə, bloger bu açıqlamasını paylaşdıqdan bir müddət sonra silib. Lakin Makkeynin nümayəndəsi bu addımın təsadüf olduğunu və blogerin Kanye Uesti hələ də “iyrənc donuz” hesab etdiyini vurğulayıb.
Bundan əlavə Kanye Uestin həyat yoldaşı Biyanka Sensorini uşaqlara mənfi təsir göstərməkdə günahlandırılıb. Sosial şəbəkələrdə “balaca bir oğlan uşağının təəccüblə Kanye Uestə və tamamilə çılpaq görünən Biyanka Sensoriyə baxdığı bir foto sürətlə yayılıb. İnternet istifadəçiləri hesab edirlər ki, model bu geyimi ilə uşağın psixologiyasına mənfi təsir edə bilər.