“TikTok”u sevmirəm və heç zaman da sevməmişəm. Daha çox instaqrama daxil oluram”.
OLAY yazır ki, bu sözləri Azərbaycana 2011-ci ildə “Avroviziya” sevinci yaşadan müğənni Nigar Camal qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib.
Proqramın aparıcısı İsa Şükürovun “TikTok cəmiyyətin aynasıdır” fikri ilə razısınız?” sualına Nigarın cavabı belə olub:
“İndiyə kimi “TikTok”da canlı yayım açmamışam. Mənə “TikTok” çatmır. Bizim “TikTok”a daxil olanda frikləri görürsən. Ora friklərlə doludur. Baxanda insan utanır, özünü pis hiss edirsən və sual verirsən ki, bunlar orada niyə belə edirlər? Bu səbəbdən mən yalnız instaqrama daxil oluram. Savadlı, maraqlı tiktokerlər olsaydı, biz onlara baxardıq. Mənə də maraqlı onlardır ki, onlara baxıb yeni bir şeylər öyrənim. Amma bizdə “TikTok” friklərlə doludur”.