Xalq artisti Fatma Mahmudovanın səhhəti normallaşıb.
OLAY yazır ki, bu barədə qaynarinfo-ya açıqlamasında Xalq artisti Fatma Mahmudovanın qızı Nigar Tofiqızı deyib.
Qızı, hazırda aktrisanın müalicəsinin davam etdirildiyini bildirib:
“Anam xəstəxanadadır və hazırda reanimasiyadadır. Sağlamlığı bərpa olunur. Allah bütün xəstələrə şəfa versin”.
Xalq artistinin qızı anası haqqında sosial şəbəkələrdə yayılan məlumatlardan əsəbiləşdiyini qeyd edib:
"Oxuyuram, dəhşətə gəlirəm. Adam necə bir insan haqqında olmayan məlumatlar yazar? Hamısı da dəqiqləşməmiş məlumatlardır”.
Qeyd edək ki, Xalq artisti Fatma Mahmudovanın səhhətində problemlər yaranıb. Həkimlər onun beyin insultu keçirdiyini qeyd edib.