WOW
WOW

Pi Diddinin həbsxanada səhhəti pisləşdi

Pi Diddinin həbsxanada səhhəti pisləşdi

Hazırda həbsdə olan və altı cinayətdə ittiham olunan dünya şöhrətli repçi və musiqi prodüseri Pi Diddinin (əsl adı Şon Kombs) səhhətində ciddi problem yaranıb. 

OLAY “TMZ” nəşrinə istinadən yazır ki, sənətçinin diz ağrısı səbəbindən həbsxanadan Nyu-York xəstəxanasına aparılıb. 

Diddinin vəkili məhbusun köçürülməsi ilə bağlı heç bir məsələyə münasibət bildirə bilməyəcəyini deyib. 

Xatırladaq ki, 2023-cü ilin noyabrında repçinin keçmiş sevgilisi Kessi P. Didi illərlə cinsi və fiziki zorakılıqda ittiham etsə də, 24 saatdan sonra o, iddiasını geri götürmüşdü. Daha sonra onun döyülməsinin amansız görüntüləri internetdə yayılıb və iş qorxulu miqyas alıb. Martın sonunda sənətçinin evində genişmiqyaslı axtarışlar aparılıb, nəticədə qadağan olunmuş maddələr, silahlar və mindən çox şüşə qabda cinsi əlaqə zamanı istifadə olunan maye materialı aşkar edilib. İddialara görə, musiqi prodüseri seks məclislərində də istifadə edib. İndi o, girovsuz Nyu-Yorkun ən pis həbsxanalarından birində saxlanılır.