WOW
WOW

Ağır qəzaya düşən Ailanın vəziyyəti necədir?

Ağır qəzaya düşən Ailanın vəziyyəti necədir?

“Artıq hamıya məlumdur ki, Aila Rai ötən gün dəhşətli qəza keçirib. Nəticədə onun qabırğaları qırılıb və bədənin müxtəlif üzvləri xəsarət alıb. Bununla əlaqədar o təcili əməliyyat olunub. Bu gün Aila narkozdan ayılıb. Artıq həyati təhlükəsi yoxdur”. 

Bu sözləri gənc müğənni Aila Rainin prodüseri Aytən xanım OLAY-ın əməkdaşı ilə söhbətində deyib. 

İfaçının prodüseri ötən gün Elgiz Əkbərin aparıcısı olduğu “Elgizlə izlə” verilişində söylədiyi “Ailanın qəza nəticəsində beli qırılıb” açıqlamasının yalan olduğunu bildirib: 

“Elgiz Əkbərin canlı efirdə Ailanın belinin qırılması ilə bağlı verdiyi məlumatın heç bir əsası yoxdur. Çünki, o da məlumatı başqa saytdan götürüb oxuyub. Xeyr, beli qırılmayıb, sadəcə ağır zədələr alıb. Amma Aila əməliyyat olunaraq o zədələr aradan qaldırılıb. Həkimlər isə onun hazırki vəziyyətinin orta ağır kimi qiymətləndirirlər”. 

Qeyd edək ki, Aila Rai Şahdağdan qayıdarkən ağır qəza keçirib.