Gənc artist NURAN sənətə ilk gəldiyi vaxtlardan danışıb.
OLAY yazır ki, müğənni bu barədə RTV-də yayımlanan “Çərçivədən kənar” verilişində açıqlama verib. O bildirib ki, ilk vaxtlar ona inananlarla yanaşı, inanmayanlar da olub:
“Mənə kim inanırdısa, indi də yanımdadırlar. Bir xanım ifaçı var idi, ona deyəndə, demişdi ki, oxuyub bizi biabır eləmə. Amma oxudum, məncə, heç kimi biabır etmədim. Üz-üzə gəlirik, salamlaşırıq. Vaxt elə gətirdi ki, trenddə bərabər dayanmışdıq. Heç vaxt bununla öyünən deyiləm”.