“Nikosayağı” kimi tanınan bloger Nicat Şakirlinin rəsmi instaqram aktivləşdirilib.
OLAY yazır ki, uzun müddət sonra səhifədə “story” paylaşılıb. Bildirilib ki, Nicatın hesabı bundan sonra qardaşı Nihat Mütəllimov və bloger Zaur İskəndərov tərəfindən idarə ediləcək.
Xatırladaq ki, 2023-cü ilin avqustunda N. Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib. Nicat Şakirli cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.