Keçmiş “Yuxu” qrupunun vokalçısı Cəsur Nemətov uzun illər sonra Azərbaycana gəlib.
OLAY-ın məlumatına görə, Moskvada yaşayan sənətçi reper Orxan Zeynallının konserti üçün Bakıya təşrif buyurub.
Səhnəyə çıxan C. Nemətov Orxanla duet oxuyub. Bununla yanaşı, o, qrupun unudulmaz mahnısı “Xəzərin sahilində”ni tamaşaçılar üçün səsləndirib.