Müğənni Nura Suri süni intellektlə hazırlanmış layihəsini təqdim edib.
OLAY yazır ki, “İcazəm yox” adlı mahnının müəllifi Əli Türkoğludur.
Layihəni istehsal edən Toğrul Rzayev açıqlamasında bildirib ki, klip ssenari üzərindən sıfırdan ilk dəfə süni intellektlə hazırlanıb:
“Xeyirli, uğurlu olsun! Detallara fikir verməyin. Nəzərə alın ki, bu, süni intellektlə hazırlanıb. Azərbaycanda hələ belə ssenari üzərində qurulmağı möcüzədir. Heç kimdə belə film kimi süni intellektlə klipi olmayıb”.
Qeyd edək ki, layihədə süni intellekt üzrə direktorluq İsmayıl Həmidova həvalə edilib.