Müğənni Nərmin Kərimbəyova doğum günü münasibətilə yeni fotosessiya etdirib.
OLAY yazır ki, sənətçinin fotolarda illər öncə keçirdiyi əməliyyatından qalan çapıq izlərini də nümayiş etdirməsi diqqət çəkib.
“40 yaşında özümə deyəcəyim budur: Özünə qarşı mərhəmətli ol. Sənin bir canın, bir ruhun, bir bədənin var”, - deyə Kərimbəyova fotonu şərh edib.
Xatırladaq ki, N.Kərimbəyova 2022-ci ilin may ayında qardaşına donor olub və ona qaraciyərinin bir hissəsini verib.
Yanvarın 24-də N.Kərimbəyovanın 40 illik yubileyidir.