WOW
WOW

Aysunun əri boşanma xəbərini təsdiqlədi - Açıqlama

Aysunun əri boşanma xəbərini təsdiqlədi - Açıqlama

Müğənni Aysun İsmayılova həyat yoldaşından boşanır.

OLAY Lent.az-a istinadən yazır  ki, tərəflər arasında bununla bağlı razılıq əldə olunub.

Xəbəri dəqiqləşdirmək üçün müğənninin vəkil həyat yoldaşı 30 saylı Vəkil Bürosunun rəhbəri Ramil Vəliyevlə əlaqə saxladıq.

R. Vəliyev Lent.az-a açıqlamasında bildirib ki, ailədə problemlər olsa da hələlik bununla bağlı məhkəməyə müraciət olunmayıb: "Mənim kobud və soyuq xarakterdə olmağıma görə müəyyən problemlər var, amma boşanma qərarı və ya iddia verilməyib məhkəməyə". 

Qeyd edək ki,  Aysun İsmayılova R.Vəliyevlə 2 il öncə ailə qurub. Onların Sevgi adlı qız övladı var.

PS. R. Vəliyevin açıqlaması lent.az tərəfindən sonradan dəyişdirilmişdir.