Muğam ifaçısı Kəmalə Nəsibova açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, “Qonaqcanlı”da qonaq olan xanəndə Əməkdar artist Xumar Qədimovanın “Yalan deyil” mahnısını oxuduğu üçün ondan icazə almadığını deyib:
“İcazə almadan oxumuşam. Əgər sizin mahnınızı oxuyuramsa, o insan sevinməldir, deməlidir ki, nə yaxşı... Mən Xumar xanımı tanıyıram, şəxsi tanışlığım var. Bilirəm ki, oxunulursa, zəng edilməlidir. Mən oxuyuramsa, Nəsibova Kəmalə AzDrama-da işləmişəm, Konservatoriya bitirmişəm, sıradan müğənni deyiləm. O xanım məni tanıyır, bir yerdə olduğumuz dövrlər olub, el məclislərində, tədbirlərdə bir yerdə olmuşuq. Demişəm, sizin mahnıları oxumuşam, deyir, oxu, sevinirəm, mahnılarım səsləndiriləndə. Ondan sonra, dur, zəng et...”.