WOW
WOW

“Soyunduqca toyları artır”

“Soyunduqca toyları artır”

“Heç kim lovğa-lovğa danışmasın. Gedin, sənət öyrənin, konsertlərlə məşğul olun. Hamı toyun davasını edir. İndiki toyda sənət var?”.

OLAY yazır ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva “Gün ortası” verilişində deyib.  O bildirib ki, əvvəlki toylarda sənət icra olunurdu:

“Bakı kəndlərində, rayonlardan baş tutan toylarda dəsgahlar, qəzəllər oxuyardılar. Elə toylar yoxdur. Bu mədəniyyət cəhətdən sıfır nöqtədədir, bərbaddır. İnsanların bütün şüuru, həyatı, sənətçilərin sənətini ruhunu pozan gərəksiz toylardır. Bir toyun üstündədir bu dava... İndiki toylar çox gərəksizdir. Ancaq rəqsdən ibarətdir, sənətdan danışmaq olmaz? Kim olursan ol, bu toy toydur da! Fərqli toylar da var, bir-ikidir. Başlayır bir az mədəni, hamı ürəksiz oturur ki, ürək sıxandır. Ritmləri dəyişəndə dəyişilir. Bacardıqca, yüksək səviyyədə soyunmaq... Soyunduqca, toyları artır. Mən pis baxmıram. Bütün müğənnilədən söhbət getmir, gedişatdan danışılır”.