WOW
WOW

“Başı üçün deyil ki, mənə yalançı desin” - Efirdə dava

“Başı üçün deyil ki, mənə yalançı desin” - Efirdə dava

Efirdə müğənnilər Aysun İsmayılova ilə Ülviyyə Namazova arasında dava çıxıb. 

OLAY yazır ki, “Rəngarəng”də qonaq olan Aysun Ülviyyənin İfratla duetini eşitmədiyini deyib. Ü. Namazova efirə telefon bağlantısı ilə qoşularaq bu sözdən incidiyini dilə gətirib və Aysunun yalan danışdığını iddia edib. Bundan sonra A. İsmayılova özündən çıxaraq bunları söyləyib:

“Mahnılarınızın hamısını əzbər bilmək məcburiyyətim yoxdur. Hamıya hörmətim var, məni heç kimlə səhv salmasın. Mənim heç kimə borcum yoxdur, kimdənsə suyum gəlmir. Demişəm ki, mahnı yenidir yəqin, eşitməmişəm. Mən İfratı izləmirəm. Xəbərim olsa, səndən qorxacaq yerim yoxdur, deyərəm. Heç kimin başı üçün deyil ki, desin Aysun yalan danışır. Mən heç kimlə səhv salmayın, sizin üçün o, bu deyiləm. Yaxşı edirəm, səndən icazə alacam nəyə qulaq asmalıyam? Sən nə oxuyursan ki, guya? Heç kim deyə bilməz ki, Aysun yalan danışır. Heç kimlə gündəmə gəlməmişəm, kiminləsə duet oxuyub gündəmə gəlməmişəm. Ülviyyə xanımla heç vaxt cici-bacılığım olmayıb ki, salam-sağ olum var. Anamla və xalamla dostdur. Əgər mənə şər atacaqsansa ki, yalan danışırsan, cavabını verərəm. İmkan versəydi ki, cümləmi tamamlayım, sakit qulaq asardım. Kimsə mənim haqqımda danışır, mən cavab verməyim? Əsəbiləşirəm axı. Ümumiyyətlə, son vaxtlar kimlərinsə, mənə aqressiyası var, nə paxıllıqdırsa, bir az özünüzü yığışdırın. Mən sizin üçün o, bu deyiləm. Payınızı verib yerinizdə otuzduraram”.

Bundan sonra Ü. Namazova dəstəyi asıb.