“Mənim səviyyəmin adamı deyilsə, elə şəxslər, məxluqlar mənim üçün həyatda yoxdur”.
Bu sözləri Xalq artisti Tünzalə Ağayeva onun haqda mənfi danışan sənətçilər barədə ARB TV-də yayımlanan “Pərvizə görə” verilişində deyib.
O, fikirlərini belə izah edib:
“İnsan hara addım atar? - Ona hörmət olunan yerə. Sənə sayğı varsa, sən də eyni şərtlə iki addım atarsan. Mən kimin əlindən öpürəm? Müəllimlərim, valideynlərimin. Elə verilişlər var ki, özüm orada yoxam, hər yerə gedə bilmirəm. Amma gözümüzün qabağında inkişaf edən aparıcılar, jurnalistlər var. Onlar mənim olmadığım yerdə Tünzalə Ağayeva adı gələndə sayğını saxlayırsa, mən hər zaman onların yanındayam. Əgər aparıcının yanında adımın, sənətimin dəyəri, hörməti yoxdursa, onları niyə saymalıyam?”.