Xalq artisti Hacı İsmayılov evini satışa qoyub.
OLAY-ın əldə etdiyi məlumata görə, sənətçi Buzovnada yerləşən bağ evini 80 min manata satır.
O bildirib ki, bu evi həyat yoldaşının istəyi ilə bir il əvvəl alıb. Lakin xanımının dizində yaranan problemə görə bağ evini satışa çıxarıb:
"Dizindən əməliyyat olundu, yeriyə bilmir deyə, məcburam ki, bağı satım".