WOW
WOW

“Bir aparıcı kimi özümə bunu borc bilirəm”

“Bir aparıcı kimi özümə bunu borc bilirəm”

Dizayner Aynur Xəlilovanın yutubda yayımlanan "Hərşeyşünas" podkastının növbəti qonağı Əməkdar mədəniyyət işçisi Rahib Azəri olub.

OLAY yazır ki, görkəmli cazmen Vaqif Mustafazadə ilə xatirəsini bölüşən aparıcı kövrək anlar yaşayıb:

“Mən hər il Vaqifin anadan olduğu və vəfat etdiyi tarixi qeyd edirəm. Eləcə də Rafiq Babayevi, Tofiq Quliyevi bunu özümə borc bilirəm. ANS-də işlədiyim zamanlarda bir hadisə baş verdi. Dekabrın 16-sı Vaqifin vəfat etdiyi gün idi, mən də verilişi ona həsr etmişdim və bizim çox dəyərli dostumuz hazırda o Muğam Mərkəzində işləyir Lalə xanım mənə zəng etdi. Zəng edib dedi ki, gecə yuxuda Vaqifi görmüşəm (kövrəlir) çox kədərli idi, kənardan sənin səsin gəlirdi radiodan və Vaqif gileyləndi ki, bir dənə o yada salır məni yəni mən… və dedi ki, mənim təşəkkürümü bildir ona. Beləcə Lalə xanım gördüyü bu yuxunu mənə danışdı. Onda da hazırda olduğu kimi çox kövrəldim. Bu hadisənin üstündən 3 ay keçir mart ayının 16-sıdır və efiri bitirdim məni çağırdılar ki, sənə zəng gəlib Lalə xanımdır. Dedim nolub ay Lalə? Görürəm qızın səsi birtəhərdir. Deyir inanırsız mən Vaqifi yuxuda gördüm yenə və mənə gülə-gülə dedi ki, mənim təşəkkürümü çatdırdın ona. Bundan sonra gəl mistikaya inanma da. Bir aparıcı kimi mən özümə bunu borc bilirəm ki, bu cür insanları yada salmışam, bunu özümün tarixi missiyam hesab edirəm(kövrəlir). Yaşa dolduqca adam kövrəkləşir…”.