Tanınmış kinoprodüser və ssenarist Fariz Əliyev ARB TV-də çalışacaq.
OLAY yazır ki, bu barədə o, sosial media hesabında paylaşım edib. Əliyev bildirib ki, uzun illər sonra o, “Sən olsaydın” adlı layihə aparıcı kimi fəaliyyət göstərəcək:
“22 illik televiziya təcrübəmdə kadr arxasında mümkün olan və olmayan hər şeyi etdim! Düşündüm və qərar verdim ki bəlkə də vaxtıdı… Doğma ARB kanalı ilə yeni yola çıxırıq. Əziz tamaşaçılar, sizin dəstəyinizə çox ehtiyacım var!”.
Qeyd edək ki, F.Əliyev bundan öncə ARB TV-də baş prodüser, bir çox televiziyalarda müxtəlif layihələrin rəhbəri, redaktoru vəzifəsində çalışıb. O, ATV-də icraçı direktor müavini və MTV Azərbaycan-da icraçı direktor olub.