Xalq artisti Miri Yusifin xanımı Nərgiz Mirbabayeva qızlaır ilə bağlı paylaşım edib.
OLAY yazır ki, Nərgiz övladının ad günü olduğunu bildirərək bunları yazıb:
“Bu gün mənim ürəyimin bir parçasının doğum günüdür. O, mənim ən zəif nöqtəmdir, ruhumun ən həssas küncüdür. Bəlkə də qız olduğu üçün hər zaman onu qorumaq, küləkdən belə uzaq tutmaq istəyirəm. O, mənim sükutumun ən dərin səsi, sevgimin ən saf halıdır. Qoy, yolu həmişə nurlu, qəlbi daim xoşbəxtliklə dolu olsun. Allah bütün balalarımızı qorusun! Hər gün dava etdiyim yaxın rəfiqəm, ad günün mübarək, can parçam”.