Xəzər TV əməkdaşları, aktyor-aparıcı, ssenarist Azər Baxşəliyevin ölümünə görə bir gün matəm tutub.
OLAY-ın əldə etdiyi məlumata görə, dünən kanaldakı əyləncəli verilişlər dayandırılıb. “Qonaqcanlı” kimi şou xarakterli proqramlar efirə verilməyib.
Bundan əlavə səhər saatlarından axşama qədər yayımlanan digər verilişlər Azərə həsr olunub.
Məsələn, Aytən Səfərova ilə Mehman Rəsulovun aparıcılıq etdiyi “Xəbər ertəsi”, Vüsalə Əlizadənin “İncə səhər” layihəsində A. Baxşəliyevdən bəhs olunub, onunla bağlı xatirələrdən danışılıb.
Mətanət Əliverdiyevanın “Xəzər axşamı” proqramında Azərin dostları İlkin Həsəni, Elşən Orucov, Elçin Cəfərov, Tural Əsədov və aktrisa Xəyalə Quliyeva qonaq olub.
Kövrək anlar yaşanan verilişdə Azər xoş xatirələri ilə yad edilib. Həmçinin telekanalın binasında bütün monitorlarda Azərin fotosu yer alıb.
Kollektiv onun masasına güllər düzərək Azəri anıb.