Təyyarə qəzasında həlak olan pilot Aleksandr Kalyaninov Bakı Avropa Liseyinin məzunu olub.
OLAY yazır ki, bu barədə liseyin sosial şəbəkə hesabında paylaşım edilib.
“Biz, Bakı Avropa Liseyinin müəllimləri üçün bu, şəxsi fəlakətdir: məzunumuz həlak olub. Bizim Aleksandr Kalyaninov... O, arzusunu həyata keçirdi, pilot oldu. Uğurlarına necə də sevinirdik. Kalyaninov hələ abituriyent və daha sonra tələbə olanda liseyə Türkiyədən təşəkkür məktubu göndərilib. Ağıllı, yaraşıqlı oğlan həyatının ən yaxşı çağında həlak oldu, postunda onlarla insanın həyatını xilas etdi. Ürək heç vaxt bu itki ilə barışmaz. Biz səmaya baxanda, uçan təyyarənin səsini eşidəndə Saşanı xatırlayacağıq. Əbədi yaddaşımızdasan... Ailəsinə və dostlarına başsağlığı diləyirik”, - paylaşımda qeyd olunub.