Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva təltif olunub.
OLAY yazır ki, Prezident İlham Əliyev L. Əliyevanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasındakı (COP29) fəaliyyətinə görə “Təşəkkürnamə” ilə təltif edib.
“Şadam ki, COP29-da, bir çoxları kimi, mənim də əməyimə yüksək qiymət verilib”, - L. Əliyeva bildirib.