WOW
WOW

Dələduzlar Fərqanənin 400 manatını mənimsədilər

Dələduzlar Fərqanənin 400 manatını mənimsədilər

Əməkdar artist Fərqanə Qasımova dələduzluqla üzləşib.

OLAY yazır ki, bununla bağlı sənətçi instaqram səhifəsində yayımladığı videoaçıqlamada məlumat yayıb.

Xanəndə bildirib ki, rəfiqəsinin adından istifadə edən dələduzlar onu aldadaraq ondan 400 manat pulunu mənimsəyiblər:

“Mənə ən yaxın bildiyim rəfiqəmdən zəng gəldi. Nömrə başqa idi amma onun profili və adıda da həmin insanın idi. Zəngin arxasıyca mesaj gəldi. Mesajda “Fərqanə xanım bankdayam. Pul köçürdürəm amma filan məbləğ çatmır”. Mən bu hadisədən şübhələnmədim, çünki  həmin rəfiqəmin şəklini gördüm. O elə bir mədəni insandır ki, başqa heç bir şey ağlıma gəlmədi. Həmin çatmayan məbləği göndərdim. Üstündən bir neçə dəqiqə keçəndən sonra mesaj gəldi. Mesajda “Birdəfəlik iki aylıq ödəyirəm. Qurban olum, mənə 2 aylıq yəni 400 manat göndərin ki, ödəyim və işə gedən kimi sizin pulunuzu karta göndərim”. Cavab verdim ki, heç narahat olmayın. Sizə qurbandır!”. Belə göndərdim, demə ki, bunlar saxta insanlardır. Mənim 400 manatımı oturduğum yerdə məndən aldılar. Allah onların cəzalarını verəcək. Amma ehtiyatlı olmaq lazımdır”.