Əməkdar artist Aybəniz Haşımova aparıcı Azər Süleymanlının qızının ad günündən paylaşım edib.
OLAY yazır ki, sənətçi fotolarını izləyiciləri ilə bölüşərək bu sözləri yazıb:
“O gün hər kəs çox xoşbəxt idi. Çünki hər kəsin doğmasının ən gözəl günü idi, mənim kimi… O gün bütün ruhum dilə gəlmişdi. Bəlkə də, həyatımda heç vaxt olmadığım qədər azad idim. Sevinirdim, qanad açıb uçurdum. Sevdiklərimin ən böyük sevinclə gözlədiyi, mənim də səbirsizliklə arzuladığım o möcüzəli gün idi. Azərimin Laylasının günü idi. Laylam, ay Laylam, ömür boyu bizi sevindir, yaxşı?! Heç vaxt bizi imtahana çəkmə, yaxşı?! Sənin bu gününü necə böyük həsrətlə gözlədiyimizi bir bilsən… Allahın bu gününə sonsuz şükür! Siz isə, Azərim, Aydanım, həmişə xoşbəxt olun! Sizi çox sevirəm”.