Aşıq Zülfiyyə bir müddət öncə qalmaqal yaşadığı həmkarı Aşıq Telli Borçalıdan danışıb.
OLAY yazır ki, o, bu barədə “Bir gün” verilişində açıqlama verib:
“Onda da bir ərk var idi. Biz şou verilişindəydik, mənə sual verdilər ki, sazını Aşıq Samirəyə əmanət edərsən, yoxsa Telliyə? Orada güldüm. Həmin axşam Telliylə bir yerdəydik, bizim restorandaydıq. Tellinin sazı orada qalmışdı. Mən də gülə-gülə dedim ki, Telliyə ümidli olmaram, axşam sazını bizdə qoymuşdu. Orada şişirdiləcək qədər bir şey yox idi. Onunla da münasibətə nöqtə qoyduq. Heç danışmamışam, görməmişəm. Haradasa görsəm, salam verərəm. İndi zəng edə bilmərəm, əgər səhvim olsa, balaca uşaqdan da üzr istəyə bilərəm. Ətrafındakılar onu başa salmalıydı ki, nədir, nə deyil. Görünür bu, kimlərinsə xoşuna gəldi. Hətta dəfələrlə demişəm ki, belə şeydən ehtiyatlı olaq. Bu günə qədər heç kimlə küsülülüyüm olmayıb. Mənə də elə söz demişdilər ki, özünə zəng etdim. Dedim, belə demisən? Dedi, yox. İndi fikirləşirəm ki, bəlkə də deyibmiş. Mən niyə zəng etməliyəm ki? Nə demişdim ki? O, məndən böyükdü. Yalan söz sevmirəm. Əgər onun ailəsinə xələl gətirəcək söz desəm, inciyərdi. Belə olmağını istəməzdim.