“Əlbətdə ki, mən də hər bir xanım kimi evliliyi düşünürəm. Amma hazırda bütün enerjimi və gücümü karyerama sərf edirəm. Gələcəkdə ailə qura bilərəm”.
OLAY yazır ki, bu sözləri müğənni Mehin Hümbətova “Sabahın xeyir Azərbaycan!” verilişinə müsahibəsində deyib.
Enerji və gücünü karyerasına həsr etdiyini deyən sənətçi hələ ki, ailə qurmaq istəmədiyini bildirib:
“Bəyəndiyim bəy tipajı hündürboy, yaraşıqlı... Bu dəqiqə evlilik haqda ümumiyyətlə düşünmürəm. Belə çox xoşbəxtəm”.