WOW
WOW

Röya Ayxan onlardan canını qurtardı

Röya Ayxan onlardan canını qurtardı

Xalq artisti Röya Ayxan bir neçə gün əvvəl instaqram səhifəsində yayımladığı baxım videosundan söz açıb.

OLAY yazır ki, bu haqda sənətçi “Sabahın xeyir, Azərbaycan!” verilişinə müsahibəsində danışıb.

Estrada ulduzu bildirib ki, illərlə üzündəki ləkələrə görə qalın tonal krem istifadə edib:

“Artıq 15 ildir ki, idman edirəm. Quş kimiyəm… Çörək yeməyi sevirəm. Daha çox təndir çörəyi. Bir sıra vitaminlər var ki, onları içirəm. Baxımla bağlı kremlər var ki, gündəlik onlardan istifadə edirəm. Gündəlik rutinimlə bağlı baxım videosunu çəkməkdə məqsədim… Mən iki il müddətində üzümə qalın qat tonal krem vurmuşam. Özümü qoca hiss edirdim. Bu isə çox pis idi. Buna görə günlərlə ağlamışam. Hər makiyaj edəndə ağlamışam. Və nəhayət mən ondan qurtuldum. Düzdür, üzümdə çil kimi qalıb, bu çillərə razıyam. Amma o qara ləkələr artıq üzümdə yoxdur. Səhnədən kənarda olanda - gündəlik həyatımda makiyaj etmirəm. Onlardan qurtulduğum üçün çox xoşbəxtəm. Ona görə də mən həmin o baxım videosunu çəkdim. Necə mən iynələrin altına uzanmışam (estetik prosedurları nəzərdə tutur – red.) onu belə çəkmişik. Tezliklə onları da göstərəcəyəm”.