Opera və vokal ifaçısı Lətifə Soyuöz oğlu Ariflə bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçi övladı ilə çəkdirdiyi fotolarını instaqram səhifəsində yayımlayaraq onun doğum günü olduğunu yazıb.
Lətifə oğlunu bu sözlərlə təbrik edib:
“Söyləmək istədiyim o qədər çox söz var ki... Mesajlara, yazılara sığmayacaq qədər çox... Amma sənə olan hər bir arzumun içində səni çox xoşbəxt, azad, sevincli və hər zaman ətrafını səni sevən, yanında olan hər kəsi sevgi dolu görmək istəyimdir. Səninlə fəxr edirəm və çox xoşbəxtəm ki, ruhun mənim ruhumu seçib... Həyatıma gəldiyi andan məni dəyişən, məni yeni mən edən, həyatıma möcüzələr gətirən möcüzəm Arif. Dünyanın ən xoşbəxti ol”.