“Dünən Zeynəb Xanlarovanın yeni görüntülərinə baxıb gəribə oldum. Yaş öz sözünü deyir. Bizim gözümüzdə Zeynəb xanım hər zaman Zeynəb xanımdır. Amma o qədər pis oldum”.
OLAY yazır ki, bu sözləri Zaur Baxşəliyev aparıcısı olduğu “Zaurla Günaydın” verilişində deyib.
Televiziya ulduzu ötən gün sosial şəbəkədə yayılan Xalq artisti Zeynəb Xanlarovanın yeni görüntülərindən söz açıb.
Zaur sözügedən kadrları izlədikdən sonra 87 yaşlı sənətkarın yaşlaşmasının fərqinə varıb və bundan təsirləndiyini dilə gətirib:
“Zeynəb xanımın yeni görüntülərini görəndən sonra Günaya dedim ki, necə etibarsız bir dünyadır. Bir neçə ildən sonra Allah ömür versin, bizdə Zeynəb xanım kimi yaşlaşanda özümüzə baxanda... Adamın ürəyi partlayar. Nə bilim, belə qəribə oldum. Uşaqlığımın Zeynəbinin elə yaşlanması açıq deyəcəyəm məni çox təsirləndirdi. Sənətkarın sənəti varsa, musiqisi yaşayırsa demək ki o ömür boyu gəncdir. Gəncdir niyə? Çünki səndə o gənc nəsil ilə yaşayırsan və onlarda böyüyür, dinləyir, qulaq asır. O başqa bir şeydir. Həmin görüntülərə baxıb Zeynəb Xanlarovanın yaşlandığını hiss elədim. Bəzən evdə doğmanın da, ananın da yaşlandığını hiss eləyirsən. Mən onda o yaşlanmağını hiss elədim və qəribə oldum”.