Azərbaycana 2011-ci ildə “Avroviziya” sevinci bəxş edən müğənni Nigar Camal yeni tamaşada rol alacaq.
OLAY yazır ki, sənətçi Yeni İl-ə həsr olunan “Qış hekayəsi” myüziklında iştirak edəcək.
Bu haqda şairə və yazar Zəhra Bədəlbəyli məlumat yayıb.
Zəhra tamaşanın məşqi zamanı Nigarın fotosunu instaqram səhifəsində paylaşaraq onun “Qar kraliçası” obrazını canlandıracağını açıqlayıb.
Qeyd edək ki, sözügedən layihədə Nigarın duet ortağı Eldar Qasımov, aktyor İslam Mehrəliyev də və başqaları yer alıb.